Ermənistanda 27 ildən sonra müdafiə nazirinin müavininin qətlinin üstü açılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV İstintaq Komitəsinə istinadən məlumat yayıb.
Ermənistan İstintaq Komitəsi 1998–ci ildə müdafiə nazirinin müavini Vaqram Xorxoruninin qətlinin üstünün açıldığını açıqlayıb, üç nəfər cinayət törətməkdə ittiham olunur.
İstintaqa görə, S.A adlı şəxs iki nəfərə 10 min və 15 min dollar vəd edərək onlar birlikdə təyin olunmuş gündə 1998-ci il dekabrın 10-da Xorxorunini yaşadığı binanın girişdə güllələyiblər.
S.A saxlanılıb.
Xorxoruni 1998-ci il dekabrın 10-na keçən yaşadığı binanın girişində öldürülüb. Faktla bağlı cinayət işi açılıb, Ermənistan Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından əməliyyat-istintaq qrupu yaradılıb.
Erməni Telegram kanalları isə Vaqram Xorxorunini qətlə yetirməkdə təqsirləndirilən şəxslərin cinayəti törətdikləri zaman qondarma “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun hərbçiləri olduğunu yazır.