• Bakı 25° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Kral ailəsi yaşayış yerini dəyişir

DÜNYA

17 Avqust 2025 | 13:11

Kral ailəsi yaşayış yerini dəyişir

 Uels şahzadəsi Keyt Middlton səhhətinin pisləşməsi ilə bağlı xəbərlər fonunda yaşayış yerini dəyişmək qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “The Sun” məlumat yayıb.

Belə ki, şahzadə Uilyam və Keyt bu il uşaqları ilə birlikdə “Windsor Great” parkdakı səkkiz otaqlı “Forest Lodge” malikanəsinə köçməyi planlaşdırırlar. Şəkilli pəncərələri olan gürcü stili malikanənin qiyməti təxminən 21 milyon dollardır. Qeyd olunur ki, kral ailəsinin yeni evi hazırda yaşadıqları evdən daha böyükdür.

“Vindzor onların evinə çevrilib. Bununla belə, “Adelaide”də yaşadıqları son bir neçə il həqiqətən çətin vaxtlar olub. Bu dəyişiklik onlara yeni bir başlanğıc olacaq. Bu, ən pis xatirələrdən bəzilərini arxada qoymaq üçün bir fürsətdir”, - nəşr yazıb.


SON XƏBƏRLƏR

16 Avqust 2025