• Bakı 31° C

    4.28 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Qəzzanı 350 mindən çox fələstinli tərk edib

DÜNYA

16 Sentyabr 2025 | 10:46

Qəzzanı 350 mindən çox fələstinli tərk edib

İsrailin elan etdiyi təxliyədən sonra Qəzza şəhərini 350 mindən çox sakin tərk edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti İsrail Müdafiə Ordusuna istinadən məlumat yayıb.

"İsrail Ordusunun son qiymətləndirmələrinə görə, 350 mindən çox fələstinli Qəzzadan zolağın digər bölgələrinə təxliyə olunub", - materialda qeyd edilib.

İsrail tərəfindən mülki şəxslərə Qəzzanın cənubunda müəyyən edilmiş humanitar zonaya getmək əmri verilib.

Fələstin KİV-inin məlumatına görə, gecə ərzində hərbi qüvvələr Qəzza şəhərinə intensiv hava zərbələri endirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Avqust 2026