• Bakı 11° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Xərçəngi tamamilə sağaldan peyvənd istehsal olunub

DÜNYA

16 Oktyabr 2025 | 09:17

Xərçəngi tamamilə sağaldan peyvənd istehsal olunub

ABŞ alimləri siçanlar üzərində apardıqları təcrübələrdə xərçəngin böyüməsini və yayılmasını tamamilə dayandıra bilən “nanohissəciklərə əsaslanan super peyvənd” hazırlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, Massaçusets Amherst Universitetinin araşdırmasına görə, peyvənd melanoma, mədəaltı vəzi və döş xərçəngi növlərində yüksək nəticə göstərib.

Sınaqlarda müalicə olunan siçanların 88 faizi tam sağ qalıb və xəstəliyin digər orqanlara yayılması müşahidə edilməyib.

Alimlər hesab edirlər ki, bu texnologiya gələcəkdə insanlar üzərində də xərçəngin qarşısını almaqda inqilabi addım ola bilər.

Əli Hüseynov


SON XƏBƏRLƏR