İstanbulun Bayrampaşa ərazisində hərəkətdə olan metrobüsün mühərrik hissəsində yanğın baş verib.
Bakıvaxtı.az bu barədə "TRT Haber"ə istinadla xəbər verir.
Bildirilib ki, sərnişinlər təhlükəsiz şəkildə təxliyyə olunub.
Yanğınsöndürənlərin müdaxiləsi ilə alov nəzarət altına alınıb və metrobüs evakuatorla yoldan çıxarılıb.
Qeyd edilib ki, hadisə səbəbindən D-100 şosesində tıxac yaranıb və metrobüs səfərləri dayandırılıb.
Əli Hüseynov