• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İdmançımız Edirnədə keçirilən beynəlxalq turnirdə çempion oldu

İDMAN

18 Iyul 2025 | 15:06 | Müəllif: Əli Hüseynov

İdmançımız Edirnədə keçirilən beynəlxalq turnirdə çempion oldu

Türkiyənin Edirnə şəhərində 8-ci Açıq Balkan-Avrasiya Kuboku yarışı keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, yarışda Azərbaycan idmançısı Şamil Hacızadə böyük uğura imza atıb.

Belə ki,Uşu-Sanda üzrə təşkil olunan turnirdə o, kişilər arasında 80 kq çəki dərəcəsində mübarizə aparıb. Ş.Hacızadə yarış boyunca iki türk rəqibini məğlub edərək qızıl medal qazanıb və turnirin çempionu olub. Uğurlu çıxışı ilə Şamil Hacızadə Azərbaycan bayrağını podiumun zirvəsində dalğalandırıb.

Qeyd edək ki, Balkan və Avrasiya ölkələrindən onlarla idmançının qatıldığı bu nüfuzlu turnir uşu-sanda idman növü üzrə beynəlxalq arenada mühüm yarışlardan biri hesab olunur.

Əli Hüseynov

 


İdmançımız Edirnədə keçirilən beynəlxalq turnirdə çempion olduİdmançımız Edirnədə keçirilən beynəlxalq turnirdə çempion oldu
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026