Cənubi Koreyanın mərkəzi və cənub əyalətlərində 3 gündür davam edən şiddətli leysan yağışları ilə əlaqədar 5 min 192 nəfər təxliyə olunub.
Bakıvaxtı.az bu ölkə mediasına istinadla xəbər verir ki, aramsız yağışların yaratdığı fəsadlar nəticəsində 4 nəfər ölüb, ən azı 1 sakin itkin düşüb. Ümumilikdə 500-ə yaxın ictimai binaya, 276 fərdi tikiliyə ziyan dəyib. Leysana görə bəzi istiqamətlərdə qatarların və bərələrin hərəkəti dayandırılıb, avtomobil yolları bağlanıb.
Şiddətli yağış ən çox Cənubi Çhunçhon əyalətində fəsadlara səbəb olub.
Hökumət yaranmış vəziyyətlə əlaqədar ən yuxarı səviyyədə həyəcan və fövqəladə hazırlıq elan edib. Müvafiq dövlət qurumları təbii fəlakətlə mübarizəyə və onun nəticələrinin aradan qaldırılmasına səfərbər olunub.
Meteorologiya qurumu Kvancu, Pusan və Ulsan şəhərlərində yağıntının miqdarının 200 millimetrə çatacağını proqnozlaşdırıb.