• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyədə meşə yanğınları davam edir

DÜNYA

17 Avqust 2025 | 14:04 | Müəllif: Gülşən Şərif

Türkiyədə meşə yanğınları davam edir

Türkiyənin Çanaqqala vilayətində, Sinopun isə Gerze rayonunda baş verən meşə yanğınları davam edir.

Bakıvaxtı.az xəbər verir ki, yanğın əsən küləyin təsiri ilə meşə sahələrinə yayılıb, Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazisinə girişlər müvəqqəti dayandırılıb.

Çanaqqala valisi Ömər Toraman bildirib ki, hadisə ilə bağlı bölgədən 251 vətəndaş təhlükəsiz ərazilərə köçürülüb və Gelibolunun beş kəndi təxliyə edilib.

Yanğınla mübarizəyə 12 təyyarə, 12 helikopter, yüzə yaxın quru texnikası və 560 nəfərdən ibarət canlı qüvvə cəlb edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR