Suriyanın Daxili İşlər Nazirliyi (DİN) hökumət qoşunlarının yenidən Əs-Süveyda şəhərində yerləşdirilməsinə hazırlığın görülməsi barədə məlumatları təkzib edib.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Suriya DİN-in mətbuat katibi Nurəddin Əl-Baba deyib.
"Bununla bağlı rəsmi bəyanat verilməyib. Dərc edilmiş məlumatların həqiqiliyini qəti şəkildə inkar edirik", - mətbuat katibi bildirib.
DİN nümayəndəsi əlavə edib ki, hökumət qüvvələri normal hazırlıq vəziyyətindədir və hələlik Əs-Süveydaya qoşun göndərilməyib.
***
11:01
Suriya təhlükəsizlik qüvvələri yenidən Suveyda şəhərinə daxil olacaq.
Bakıvaxtı.az Suriya Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Suveyda bölgəsində druzlar və bədəvi qəbilələr arasında yenidən başlanan münaqişənin dayandırılması üçün hökumət qüvvələri sözügedən əraziyə ezam ediləcəklər.
Qeyd edək ki, İsrail Suveyda bölgəsinin demilitarizasiya edilməli olduğunu bildirib və Suriya hökumət qüvvələrinin İsrail sərhədində möhkəmlənməsinə icazə verməyəciyini bəyan edib.