"Turan Tovuz" komandası ev oyunlarını "Azərsun Arena"da keçirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) texniki idman direktoru Elgiz Abbasov deyib.
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün püşkatma mərasiminin ardından jurnalistlərə açıqlama verən PFL rəsmisi qərb təmsilçisinin stadionunun iyulun 20-dən etibarən təmirə bağlanacağını söyləyib:
"Bilirik ki, bu bu xəbər tovuzlu azarkeşləri üzəcək. Lakin gələcəkdə hər şeyin daha yaxşı olması üçün bununla razılaşmaq lazımdır. "Kəpəz" mövsümün startına Qəbələ şəhər stadionunda, "Karvan" isə Şamaxı stadionunda start verəcək".