• Bakı 27° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

78 nəfərin öldüyü yanğına görə məmurlar istintaqa cəlb OLUNDU

DÜNYA

18 Iyul 2025 | 18:20

78 nəfərin öldüyü yanğına görə məmurlar istintaqa cəlb OLUNDU

Türkiyədə 78 nəfərin həyatına son qoyan hotel yanğını ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi 3 məmurun istintaqa cəlb olunmasına icazə verib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə prosesi çərçivəsində Nazirliyin İdarə Heyətinin sədr müavini Levent Kırcan və hoteldə son yoxlama aparan müfəttişlər Barış Başayvaz və Abdülkadir Eren haqqında istintaqa icazə verilib.

Qərar dəhşətli yanğına görə məsuliyyətin tam araşdırılmasında mühüm addım hesab olunur.

Nazirlikdən verilən açıqlamaya görə, yanğından sonra iki ayrı ilkin yoxlama aparılıb. Hər iki yoxlama zamanı yanğın təhlükəsizliyi yoxlamalarının Mədəniyyət və Turizm Nazirliyinin vəzifə və səlahiyyətlərinə aid olmadığı, əməkdaşların birbaşa təqsiri və səhlənkarlığının olmadığı müəyyən edilib.

Xatırladaq ki, yanvarın 21-də Bolu vilayətində “Kartalkaya” xizək kurortunda yerləşən “Grand Kartal”  hotelində baş vermiş yanğında 36-sı uşaq olmaqla 78 nəfər ölüb, 133 nəfər isə yaralanıb. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub.


SON XƏBƏRLƏR