• Bakı 25° C

    5.13 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Türkiyədə saxta polislər saxlanıldı

DÜNYA

17 Avqust 2025 | 16:35

Türkiyədə saxta polislər saxlanıldı

İstanbulda sosial şəbəkədə özlərini polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən ata və oğlu həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, saxta polis əməkdaşlarının evlərində aparılan axtarış zamanı tapançalar, silahlar və saxta vəsiqələr aşkar edilib.

Evdən 4 ədəd sənədsiz tapança, 579 patron, 191 boş patron, 5 silah maqazini, 2 saxta polis vəsiqəsi, 4 ədəd prezident nişanı, iki polis nişanı, bir xüsusi əməliyyat gödəkçəsi, iki cangüdən nişanı, dörd simsiz rabitə cihazı və səkkiz mobil telefon aşkarlanıb.

Qeyd edilib ki, evdən çıxanlar və onların necə əldə olunduğu polis əməkdaşlarının özlərini də təəccübləndirib. Polis rəsmiləri bildiriblər ki, məhz onlara məxsus olan əməliyyat vasitələrinin qanunsuz yayılması ilə bağlı əlavə araşdırma da başladılıb.


SON XƏBƏRLƏR

16 Avqust 2025