Putinin Donetsk vilayətində heç bir uğuru yoxdur. 12 ildir oranı tuta bilmir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə keçirdiyi mətbuat konfransında deyib.
Zelenskinin sözlərinə görə, ərazi məsələləri Ukrayna və Rusiya liderləri tərəfindən yalnız ABŞ-la üçtərəfli görüş zamanı müzakirə oluna bilər:
“Amma Rusiya üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı heç bir işarə vermir”.