• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Serbiyada etiraz aksiyaları zamanı 6 polis əməkdaşı yaralanıb

DÜNYA

17 Avqust 2025 | 17:24 | Müəllif: Gülşən Şərif

Serbiyada etiraz aksiyaları zamanı 6 polis əməkdaşı yaralanıb

 Bazar günü gecə Valyevo, Belqrad və Serbiyanın digər şəhərlərində baş verən iğtişaşlar zamanı 6 polis əməkdaşı yaralanıb, 56 nəfər saxlanılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə bazar günü Serbiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Dünənki razılaşdırılmamış etiraz aksiyaları zamanı 6 polis əməkdaşı yaralanıb, 56 nəfər saxlanılıb, onlardan 16-sı cinayət törətməkdə şübhəli bilinir. Daha 35 nəfər isə inzibati xətalara görə məsuliyyətə cəlb edilib”, - məlumatda deyilir.

Belqraddan 100 kilometr qərbdə yerləşən Valyevoda etirazlar şənbə günü axşam saatlarında şəhərdə polisin nümayişçilərə qarşı zorakılığını əks etdirən videonun sosial mediada yayılmasından sonra başlayıb. Bazar günü gecə orada hakim Serb Tərəqqi Partiyasının (SPP) və onun tərəfdaş partiyalarının, şəhər administrasiyası, məhkəmə və prokurorluğun ofislərinə hücum edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026