• Bakı 29° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Azərbaycanlı müəllim Ümrə ziyarətində qəfil vəfat etdi

HADİSƏ

18 Iyul 2025 | 13:44

Azərbaycanlı müəllim Ümrə ziyarətində qəfil vəfat etdi

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Ümrə ziyarətində olan Azərbaycan vətəndaşı qəfil vəfat edib.

Bakıvaxtı.az sumqayit24.az-a istinadən xəbər verir ki, 55 yaşlı zəvvar Afət Əliyeva avtobusdan düşən kimi huşunu itirib, dişlərini qıcıyıb və dili qatlanıb.

Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Sumqayıt şəhər 28 nömrəli məktəbin riyaziyyat müəllimi olan A.Əliyeva digər zəvvarların müşayiəti ilə Mədinədə Bəqi qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, sözügedən qəbiristanlıqda Məhəmməd peyğəmbərin ailə üzvləri və xəlifələr də dəfn olunublar.
 


SON XƏBƏRLƏR