ABŞ Prezidenti Donald Trampın ultimatumuna baxmayaraq Rusiya lideri Vladimir Putin Ukraynadakı məqsədlərindən əl çəkmək və müharibəni bitirmək niyyətində deyil. Ən pis ssenaridə Putin Rusiyada məcburi səfərbərliyə başlayacaq, mübarizəni davam etdirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu amerikalı professor Mariya Lipman bildirib.
“Trampın təzyiqi və Rusiya iqtisadiyyatında artan problemlər Putini uğursuzluğu qəbul etməyə və Ukrayna ilə barışmağa məcbur edəcək”, - o qeyd edib.
Lipman vurğulayıb ki, Putin Rusiyanın sabitliyini kütləvi səfərbərliyə və sərt məcburi tədbirlərə qurban verəcək: “Ukraynada Putin hər şeyi riskə atacaq".