• Bakı 24° C

    5.47 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

"Suriya torpaqlarının bir zərrəsindən belə vaz keçməyəcək"

DÜNYA

17 Avqust 2025 | 20:00

Suriya torpaqlarının bir zərrəsindən belə vaz keçməyəcək

Suriya Demokratik Qüvvələri martın 10-da əldə olunan razılaşmanı həyata keçirməyə hazır olduqlarını bildirir və konkret detallar tələb edir. SDQ-nin media və müzakirələrdə dedikləri ilə reallıqda etdikləri arasında ziddiyyətli siqnallar var.

Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaara deyib.

Sazişin icrası üçün ilin sonuna qədər zaman olduğunu vurğulayan Şaara beynəlxalq aktorların Suriyanın şimal-şərqindəki problemin sülh yolu ilə həllini dəstəklədiyini vurğulayıb:

"Bununla bağlı optimistəm. Bu məsələ bir neçə ay ərzində öz həllini tapacaq. Suriya torpaqlarının bir zərrəsindən belə vaz keçməyəcək. Hər kəsin hüquqları dövlətin qanunları və konstitusiyasına uyğun olaraq qorunacaq".

Qeyd edək ki, cari ilin 10 mart tarixində mərkəzi Suriya hökuməti ilə "demokratik qüvvələr" adı altında fəaliyyət göstərən PKK/YPG terrorçuları arasında anlaşma imzalanıb. Anlaşma ilə kürd icmasının Suriyanın ayrılmaz parçası olduğunu təsbit edilib.


SON XƏBƏRLƏR