• Bakı 24° C

    5.47 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

KİV: HAMAS atəşkəs təklifini qəbul etməyə hazırdır

DÜNYA

17 Avqust 2025 | 19:55

KİV: HAMAS atəşkəs təklifini qəbul etməyə hazırdır

Fələstin hərəkatı HAMAS vasitəçilərə bildirib ki, Qəzza sektorunda atəşkəs barədə sonuncu təklifi heç bir düzəliş etmədən qəbul etməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Asharq Al-Awsat qəzeti mənbələrə istinadla məlumat yayıb.

    Onların məlumatına görə, hərəkatın Qəzzadakı lideri Xalil əl-Hayyanın başçılıq etdiyi nümayəndə heyəti bu həftə Qahirədə keçirilən görüşlərdə Qətər və Misir vasitəçilərinə sonuncu təklifə qayıtmaq barədə qərarını çatdırıb. Həmin təklif 60 günlük atəşkəsi, İsrail qüvvələrinin yenidən yerləşdirilməsini və anklavda saxlanılan 10 girovun azad edilməsini nəzərdə tuturdu.

    Mənbələrin sözlərinə görə, vasitəçilərə yeni mövqeləri barədə rəsmi məlumat verən hərəkat guya "qoşunların çıxarılması ilə bağlı təqdim etdikləri düzəlişlərdən, həmçinin hərəkatın və onun hərbi qanadının irəli sürdüyü bəzi digər məsələlərdən və fələstinli məhbusların azad olunması ilə bağlı tələblərdən imtina edib".

    Beləliklə, HAMAS tam təşəbbüsü İsrailə ötürüb.


    SON XƏBƏRLƏR