• Bakı 22° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Paşinyanın müavini İran səfiri ilə görüşdü

SİYASƏT

18 Iyul 2025 | 15:27 | Müəllif: Əli Hüseynov

Paşinyanın müavini İran səfiri ilə görüşdü

İrəvan Baş nazir Nikol Paşinyanın son açıqlamaları fonunda İran tərəfi ilə kommunikasiyaların blokdan çıxarılması mövzusunu fəal şəkildə müzakirə etməyə davam edir.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, iki ölkənin Təhlükəsizlik şuralarının katiblərinin dünənki telefon danışığından sonra Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və İran səfiri Mehdi Sübhani bugünkü görüşdə regionda kommunikasiyaların açılmasını müzakirə ediblər.

    Qeyd edək ki, ötən gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iranlı həmkarı Əli Əkbər Əhmədianla telefon danışığı aparıb. Əli Əkbər Əhmədian regionda kommunikasiyaların açılması ilə bağlı Ermənistanın mövqeyini bir daha dəstəkləyib.

    Xatırladaq ki, Nikol Paşinyan mətbuat konfransında ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsini istisna etməyib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR