"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris" (Yunanıstan) itki ilə üzləşib.
Bakıvaxtı.az xəbər verir ki, komandanın üzvü Tasos Donis zədələnərək sıradan çıxıb.
MRT nəticələrinə görə, futbolçunun sol dizinin medial kollateral bağının qırıldığı bildirilib.
Qeyd edək ki, 28 yaşlı forvard ötən gün Kipr təmsilçisi “Anortosis”lə yoldaşlıq oyununda zədələnib.