• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Paytaxtda media nümayəndələri ilə görüş keçirildi - FOTOLAR

CƏMİYYƏT

18 Iyul 2025 | 15:45 | Müəllif: Qalib İbrahimoğlu

Paytaxtda media nümayəndələri ilə görüş keçirildi - FOTOLAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Azərbaycan milli mətbuatının 150 illik yubileyi və 22 İyul-Millli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Elm və Təhsil Nazirliyi, MÜTDA və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri və KİV nümyəndələri iştirak ediblər.

N.Hüseynova Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə jurnalistləri təbrik edib, paytaxtın təhsil həyatında baş verən yeniliklərin işıqlandırılmasında verdikləri dəstəyə görə təşəkkürlərini bildirib.

 “Əkinçi”də əsası qoyulan maarifçilik ideyalarının bu gün Azərbaycan mediası tərəfindən uğurla davam etdirildiyini deyən N.Hüseynova təhsildən yazan, məktəb təəssübkeşi olan qələm adamları ilə görüşdən məmnun olduğunu söyləyib, səmərəli əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.


Paytaxtda media nümayəndələri ilə görüş keçirildi - FOTOLARPaytaxtda media nümayəndələri ilə görüş keçirildi - FOTOLARPaytaxtda media nümayəndələri ilə görüş keçirildi - FOTOLARPaytaxtda media nümayəndələri ilə görüş keçirildi - FOTOLARPaytaxtda media nümayəndələri ilə görüş keçirildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026