• Bakı 29° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Zelenski Umerova Rusiya ilə danışıqlar prosesini aktivləşdirməyi tapşırıb

DÜNYA

18 Iyul 2025 | 13:59

Zelenski Umerova Rusiya ilə danışıqlar prosesini aktivləşdirməyi tapşırıb

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi Rüstəm Umerovla bu vəzifədəki fəaliyyətinin əsas istiqamətlərini müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, V.Zelenski “X” sosial şəbəkəsində bununla bağlı paylaşım edib.

"Bu gün Rüstəm Umerovla Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının və Ali Baş Komandanın Qərargahının işini, həmçinin müdafiə və danışıqlar sahəsində konkret tapşırıqları müzakirə etdik. Birincisi, tərəfdaşlarla silah razılaşmaları üzrə iş davam etdirilməli, tərəfdaşlarımızla silah tədarükü haqqında hər bir razılaşma, həmçinin tərəfdaşların ərazisində zavodların tikilməsi və birgə istehsalın təşkili ilə bağlı yeni xüsusi razılaşmalar tam şəkildə həyata keçirilməlidir", - o qeyd edib.

Prezident R.Umerova Ukraynanın müdafiəsi və təhlükəsizliyi sahəsində qərarların koordinasiyasını və icrasını həyata keçirməyi tapşırıb.

"Üçüncüsü, danışıqlar treki aktivləşdirilməlidir. İstanbulda keçirilmiş ikinci görüşdə əldə olunan razılaşmaların icrası davam edir. Bu prosesdə daha çox dinamika tələb olunur", - V.Zelenski vurğulayıb.


SON XƏBƏRLƏR