• Bakı 16° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

İsrail Suriya qüvvələrinə 48 saat vaxt verib

DÜNYA

18 Iyul 2025 | 13:52 | Müəllif: Əli Hüseynov

İsrail Suriya qüvvələrinə 48 saat vaxt verib

İsrail Suriya hökumət qüvvələrinə Suveyda bölgəsində əməliyyat keçirməsi üçün 48 saat vaxt verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə adı açıqlanmayan İsrail rəsmisi “Times of Israel” qəzetinə məlumat verib.

Qeyd edək ki, Suriya Daxili İşlər Nazirliyi Suveyda bölgəsində druzlar və bədəvi qəbilələr arasında yenidən başlanan münaqişənin dayandırılması üçün hökumət qüvvələrinin sözügedən əraziyə ezam ediləcəyini açıqlayıb.

Xatırladaq ki, İsrail Suveyda bölgəsinin demilitarizasiya edilməli olduğunu bildirib və Suriya hökumət qüvvələrinin İsrail sərhədində möhkəmlənməsinə icazə verməyəcəyini bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR