• Bakı 28° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Postda 130 kiloqram yararsız ət aşkarlandı - FOTO

CƏMİYYƏT

18 Iyul 2025 | 20:12

Postda 130 kiloqram yararsız ət aşkarlandı - FOTO

Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Daxili İşlər Nazirliyinin Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Balasoltanlı postunda Mehdi Mirzəcanlıya məxsus 77-QY-119 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobildə antisanitar şəraitdə daşınan 130 kiloqram heyvan əti aşkarlayıb.

Bu barədə Bakıvaxtı.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, baxış zamanı ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, həmçinin qaraldığı müəyyən edilib. Qurban Əhmədalı oğlu Mirzəliyev izahatında heyvanı yoncadan köpdüyü üçün kəsdiyini və Mehdi Mirzəcanlının maşını ilə Laçın rayonundan Füzuli rayonunun Fin qəsəbəsinə göndərdiyini bildirib.

Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub və istehlaka yararsız ət soyuducu anbarda saxlanca yerləşdirilib.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

19 Iyul 2025