• Bakı 12° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

30-dan çox insanı ildırım vurub öldürdü

DÜNYA

18 Iyul 2025 | 18:45 | Müəllif: Subhan Mahmudov

30-dan çox insanı ildırım vurub öldürdü

Hindistanın Bihar ştatında son iki gündə ildırım vurması nəticəsində azı 33 nəfər həlak olub, onlarla insan yaralanıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ildırım vurmasının qurbanları əsasən tarlalarda işləyən fermerlər olub. Bihar hökuməti həlak olanların ailələrinə pul təzminatı ödəyəcək.

Rəsmi statistikaya görə, 2024-cü ildə Biharda ən azı 243, 2023-cü ildə isə 275 nəfər ildırım vurması nəticəsində həlak olub. Hindistanın şərqində musson mövsümündə güclü tufanlar iqlim dəyişikliyi ilə əlaqələndirilir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026