• Bakı 27° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

“TBC Kredit" BOKT-un lisenziyası öz istəyi ilə ləğv edilib

İQTİSADİYYAT

18 Iyul 2025 | 17:10

“TBC Kredit BOKT-un lisenziyası öz istəyi ilə ləğv edilib

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov 15 iyul 2025-ci il tarixində Gürcüstanın “TBC Bank Qrup”unun nümayəndəsi, Özbəkistan “TBC Bank”ının İdarə Heyətinin sədri və Azərbaycanda fəaliyyət göstərən “TBC Kredit” bank olmayan kredit təşkilatının (BOKT) Müşahidə Şurasının üzvü Spartak Tetraşvili ilə görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, örüş zamanı Azərbaycanın və regionun maliyyə sistemindəki mövcud tendensiyalar, yeni strateji çağırışlar və maliyyə sektorunun inkişaf perspektivləri müzakirə olunub.

Spartak Tetraşvili görüşdə “TBC Kredit BOKT”un fəaliyyətinin dayandırılması qərarı ilə bağlı Mərkəzi Banka məlumat verib. O, bu qərarın “TBC Bank Qrup”unun strategiyasına uyğun olaraq qəbul edildiyini və lisenziyanın könüllü əsaslarla ləğvi üçün AMB-yə müraciət olunduğunu bildirib. Həmçinin, bank olmayan kredit təşkilatlarına göstərilən dəstəyə görə AMB-yə təşəkkürünü ifadə edib.

Müzakirələrin sonunda “TBC Bank Qrup”unun gələcəkdə Azərbaycan maliyyə sektoruna qayıdış perspektivləri nəzərdən keçirilib və növbəti fəaliyyətində uğurlar arzulanıb.

Qeyd edək ki, “TBC Kredit BOKT” MMC-nin müraciəti əsasında AMB-nin İdarə Heyətinin 17 iyul 2025-ci il tarixli qərarı ilə təşkilata 29 fevral 2000-ci ildə verilmiş 111-KB nömrəli lisenziya könüllü şəkildə ləğv edilib. Təşkilatın təqdim etdiyi hesabatlara əsasən, ləğv edilən tarixə fiziki şəxslər qarşısında heç bir öhdəliyi mövcud deyil.

Azərbaycan Respublikasının “Bank olmayan kredit təşkilatları haqqında” Qanununun 25.4-cü maddəsinə əsasən, lisenziyanın ləğvi haqqında qərar qüvvəyə mindiyi gündən həmin təşkilatın fəaliyyəti dayandırılır və Azərbaycan Mülki Məcəlləsinə uyğun şəkildə ləğv prosesi həyata keçirilir.


SON XƏBƏRLƏR