• Bakı 21° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

“Yanğını 50 min borcla izlədim” - TIR-ı kül olan azərbaycanlı 

HADİSƏ

18 Iyul 2025 | 15:03 | Müəllif: Əli Hüseynov

“Yanğını 50 min borcla izlədim” - TIR-ı kül olan azərbaycanlı

Tbilisidə iki TIR yanaraq məhv olub. Hadisə iyulun 17-də axşam saatlarında baş verib.

Bakıvaxtı.az xəbər verir ki, yanan TIR-lardan biri Yunus adlı Azərbaycan vətəndaşına məxsus olub.

Yanğının hansı səbəbdən baş verdiyi hələ bilinmir. TIR-lar dayanacaqda olan zaman yanğın başlayıb. Digər yük maşınları ərazidən çıxarıldığı üçün ziyanın miqyası böyüməyib.

TIR-ı yanan azərbaycanlı Yunus adlı şəxs bu barədə məlumatı sosial şəbəkələrdən öyrənib. O, yanğınla bağlı videoların sosial şəbəkələrdə yayılması ilə yük maşınının yandığını öyrənib.

Onun hadisəyə verdiyi şərh belə olub: “Heç nə… Yanğını 50 min manat borcla izlədim”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026