• Bakı 29° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

Vaqif Sadıqov: “Əvəzedicilərin Liqasının saxlanmasını AFFA-ya təklif etmişdik”

İDMAN

18 Iyul 2025 | 16:34

Vaqif Sadıqov: “Əvəzedicilərin Liqasının saxlanmasını AFFA-ya təklif etmişdik”

AFFA rəhbərliyinə Əvəzedicilər Liqasının qorunub saxlanılmasını Məşqçilər Komitəsi (MK) təklif edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Report-a MK-nın sədri Vaqif Sadıqov bildirib.

Mütəxəssis uşaq futbolunu, həmçinin ölkə çempionatlarını inkişaf etdirmək üçün layihə hazırladıqlarını söyləyib:

“Yeni təkliflər hazırlamışdıq. Böyük bir layihənin üzərində çalışırıq. Belə demək mümkündürsə, “piramida"nı aşağıdan-yuxarıya qədər təhlil etmişik. Təkliflərimiz arasında Əvəzedicilər Liqasının qorunub saxlanılması da var idi. Bunu tövsiyə etmişdik. Futbolçu oynamalıdır və biz də buna uyğun geniş layihə hazırladıq”.


SON XƏBƏRLƏR

01 Sentyabr 2025