• Bakı 21° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Masallıda qonaq evdən 12 min manatlıq qızıl oğurlayıb

HADİSƏ

18 Iyul 2025 | 13:00 | Müəllif: Əli Hüseynov

Masallıda qonaq evdən 12 min manatlıq qızıl oğurlayıb

Masallı rayonu ərazisində yerləşən evlərin birindən 12 min manat dəyərindən qızıl-zinət əşyaları və içərisindən 710 manat olan bank kartının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, araşdırmalarla pul və zinət əşyalarının həmin evdə qonaq olmuş şəxs tərəfindən oğurlanması müəyyən edilib.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Fərman Babayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026