• Bakı 12° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Tramp, Putin və Szinpin bu tarixdə görüşə bilər

DÜNYA

18 Iyul 2025 | 20:00 | Müəllif: Subhan Mahmudov

Tramp, Putin və Szinpin bu tarixdə görüşə bilər

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Çin sədri Si Szinpin sentyabrın əvvəlində Pekində görüşə bilərlər.

Bakıvaxtı.az xəbər verir ki, mümkün görüş sentyabrın 3-də Tiananmen meydanında keçiriləcək parad çərçivəsində baş tuta bilər. Həmin gün Çin İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümünü qeyd etməyi planlaşdırır.

“Tayms” nəşri qeyd edir ki, Trampın bu tədbirdə iştirakı ilə bağlı Çin ictimaiyyətində çağırışlar səslənməyə başlayıb. Tanınmış Çin siyasi şərhçisi Jin Canrong bildirib:

“Əgər Prezident Tramp 3 sentyabr paradında iştirak etsə, bu, dünyaya güclü müsbət mesaj olar. Çin, Rusiya və ABŞ liderlərinin birlikdə görünməsi Çinin ən güclü sülh çağırışı ola bilər".

Bildirilir ki, Vladimir Putin artıq avqustun sonu, sentyabrın əvvəlində Çinə səfər etməyi planlaşdırır və səfər çərçivəsində bir sıra rəsmi tədbirlərdə iştirak edəcək./Teleqraf


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026