• Bakı 29° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

DSX Akademiyasında magistrantların buraxılışı mərasimi baş tutub

CƏMİYYƏT

18 Iyul 2025 | 13:30

DSX Akademiyasında magistrantların buraxılışı mərasimi baş tutub

Dövlət Sərhəd Xidmətinin Akademiyasında magistratura pilləsinin dördüncü buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə “Heydər Əliyev guşəsi” və “Dəmir yumruq” kompleksi ziyarət edilmiş, abidə önünə güllər düzülüb.

Döyüş Bayrağı mərasim yerinə gətirilərək Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamı ilə yaradılan və ölkəmizin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsində mühüm rol oynayan DSX Akademiyasının magistratura pilləsini bitirmiş məzunlarını təbrik edərək bu yolda dəstəyini əsirgəməyən zabitlərə və pedaqoji heyətə minnətdarlıqlarını bildiriblər.

Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.

Magistratura təhsilini müvəffəqiyyətlə başa vurmuş 6, ali nəticələrə görə qırmızı diploma layiq görülmüş 1 nəfər məzuna diplomlar təqdim edilib.

Məzunlar çıxışlarında ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş qalib ölkənin qürurlu sərhədçiləri olaraq Dövlət Bayrağımızın dalğalandığı sərhədlərin keşiyində şərəflə dayanacaqlarını qeyd edib.

Tədbirin sonunda xatirə fotoşəkili çəkdirilib.


SON XƏBƏRLƏR