• Bakı 27° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

“Yüksəliş” müsabiqəsində ən çox iştirakçı İqtisad Universitetindəndir

CƏMİYYƏT

18 Iyul 2025 | 15:33

“Yüksəliş” müsabiqəsində ən çox iştirakçı İqtisad Universitetindəndir

“Yüksəliş” müsabiqəsində bakalavr səviyyəsində iştirak edən universitetlərin statistikası açıqlanıb

Bakıvaxtı.az xəbər verir ki, məlumat “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün final mərhələsində təqdim olunub.

Statistikaya əsasən, ən çox iştirakçı Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri olub – 31 nəfər. Siyahıdakı digər ali məktəblər üzrə göstəricilər isə belədir:

  • Bakı Dövlət Universiteti – 23 nəfər

  • Dövlət İdarəçilik Akademiyası – 21 nəfər

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 12 nəfər

  • ADA Universiteti – 6 nəfər

  • Bakı Ali Neft Məktəbi – 4 nəfər

  • Bakı Mühəndislik Universiteti – 4 nəfər

  • Azərbaycan Tibb Universiteti – 3 nəfər

  • Azərbaycan Dövlət Pedaqoji Universiteti – 3 nəfər

  • Milli Aviasiya Akademiyası – 2 nəfər

  • Azərbaycan Texniki Universiteti – 2 nəfər

  • Mançester Universiteti (The University of Manchester) – 2 nəfər

Mina Mikayılova


SON XƏBƏRLƏR