Binəqədi rayonunun Xutor qəsəbəsində fərdi yaşayış evlərinin söküntüsü işləri aparılacaq.
Bakıvaxtı.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı hazırlıqlara başlanılıb.
Belə ki, sözügedən ərazidəki evlərin plana düşdüyü bildirilir. Artıq rəsmi qurumların nümayəndələri bu günlərdə qəsəbə ərazisinə baxış keçirməyə başlayıb.
Bu gün Rəşid Məmmədov küçəsində fərdi yaşayış evlərində sahədaxili ölçmə işləri aparılıb. Hələlik kompensasiyanın məbləği barədə sakinlərə heç bir məlumat verilməyib.
Qeyd edilib ki, indiki mərhələdə "Xutor" ərazisində söküntüsü nəzərdə tutulan tikililərin sahədaxili ölçmə işlərinin həyata keçirilməsi aparılır.
Bakının bu ərazisi PLANA düşdü - Söküntü işlərinə başlanılır
CƏMİYYƏT
18 Iyul 2025 | 14:32

SON XƏBƏRLƏR
17 Iyun 2026
Bakı 


