• Bakı 28° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

"Şamaxı" bu futbolçu ilə yollarını ayırdı - SƏBƏB

İDMAN

18 Iyul 2025 | 17:54

Şamaxı bu futbolçu ilə yollarını ayırdı - SƏBƏB

“Şamaxı” FK-nın İdarə Heyətinin sədr müavini Ramiz Məmmədov klubdan ayrılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, buna səbəb mütəxissisin I Liqa klubu "Mingəçevir"ə baş məşqçi təyin olunmasıdır.

2022-ci ildən "Şamaxı"nın İdarə Heyətinin sədr müavini kimi fəaliyyət göstərən Məmmədov eyni zamanda 2023/2024 mövsümündə sözügedən komandanın baş məşqçisi kimi fəaliyyət göstərib və komanda I Liqada çempion olaraq yenidən Premyer Liqaya qayıdıb.

Qeyd edək ki, yeni təyinatı ilə əlaqədar Ramiz Məmmədovun “Şamaxı” FK-nın İdarə Heyətində üzvlüyünə xitam verilib və son 3 ildə klubda gənclərin inkişafı proqramının rəhbəri vəzifəsində çalışan tanınmış sabiq futbolçu Vəli Qasımov həmçinin İdarə Heyətinə yeni üzv seçilib.


SON XƏBƏRLƏR