• Bakı 28° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edildi - SİYAHI

CƏMİYYƏT

18 Iyul 2025 | 17:37

Avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edildi - SİYAHI

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 9 avtobus marşrutu üzrə müsabiqələrin qaliblərini müəyyən edib.

Bakıvaxtı.az bu barədə AYNA-ya istinadən xəbər verir.

Məlumata görə, sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri aşağıdakı kimi müəyyən olunub:

“Bakı-Gəncə” marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC;

“Bakı-Zaqatala” marşrutu üzrə hüquqi şəxs "BakuBus" MMC;

“Bakı-Şəki” marşrutu üzrə hüquqi şəxs "Xan Sarayı" MMC;

“Bakı-Ağcabədi” marşrutu üzrə fiziki şəxs Soltanov Səbuhi Adil oğlu;

“Sabirabad-Gəncə” marşrutu üzrə fiziki şəxs İsmayılov Səmid Nizami oğlu;

“Gəncə-Qazax” marşrutu üzrə fiziki şəxslər Həsənov Vüsal Asif oğlu və Məmmədov Mahir Xaliq oğlu;

“Xankəndi-Bərdə” marşrutu üzrə fiziki şəxs Rüstəmov Fizuli Zöhrab oğlu;

“Şəki-Qax” marşrutu üzrə fiziki şəxs Fərruxzadə Elbrus Elxan oğlu qalib elan olunublar.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.


SON XƏBƏRLƏR