• Bakı 23° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

"Yarışın ölkənizdə təşkili üçün şanslısınız" - Dvalişvili

İDMAN

19 Iyun 2025 | 13:31

Yarışın ölkənizdə təşkili üçün şanslısınız - Dvalişvili

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində hər şey yüksək səviyyədə təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, UFC-nin Bakıda keçiriləcək turniri üçün Azərbaycan gələn məşhur MMA döyüşçüsü Merab Dvalışvilii jurnalistlərə açıqlamasında deyib.

34 yaşlı gürcüstanlı idmançı ilk dəfə ölkəmizə gəldiyini bildirib:

"Hər şey yüksək səviyyədədir. Yeməklərinizi bəyənirəm. Azərbaycan və Gürcüstan dost ölkələrdir. Burada olduğum üçün xoşbəxtəm".

O, Azərbaycan təmsilçisi Nazim Sadıxov haqqında danışıb:

"Onunla dostluq edirik. ABŞ-də məşqlər etmişik. UFC turniri üçün sürpriz hazırlamışıq. Bunu döyüş vaxtı görəcəksiniz. Yarışın ölkənizdə təşkili üçün şanslısınız. Mən də Gürcüstanda keçirilməsini istəyirəm. Amma bu, olduqca çətindir.

Dvalışvilii ölkəsində bu idman növünə marağın çox olduğunu vurğulayıb:

"Bakıya yarış üçün gələndə az bilet qalmışdı. UFC-də dörd gürcü idmançı çıxış edir".

O, Bakıdakı turnirdə gecənin əsas döyüşü ilə bağlı danışıb:

"Camal Hill və Halil Rountri əla idmançılardır. Buna görə proqnoz verməkdə bir az çətinlik çəkirəm. Hər ikisinə uğurlar arzulayıram".

Gürcü döyüşçü Azərbaycanın bu növdə yaxşı təmsilçilərinin olduğunu sözlərinə əlavə edib:

"Düşünürəm ki, gələcəkdə yüksək reytinqə malik daha çox idmançılarınız olacaq".

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq.

 


SON XƏBƏRLƏR