• Bakı 31° C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Gimnastlarımız Xorvatiyaya yollandı

İDMAN

19 Iyul 2025 | 11:36

Gimnastlarımız Xorvatiyaya yollandı

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək Azərbaycan gimnastları yarışların keçiriləcəyi Xorvatiyanın Osiek şəhərinə gediblər.

Azərbaycan Gimnastika Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, EYOF-un proqramında yer alan idman gimnastikası yarışlarında ölkəmizi bir oğlan və üç qız idmançı təmsil edəcək.

Qeyd edək ki, EYOF-2025 çərçivəsində Azərbaycan ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) təmsil olunacaq. Budəfəki festival əvvəlkilərdən fərqli olaraq, iki ölkədə Şimali Makedoniya (Skopye və Kumanovo) və Xorvatiyada (Osiek) keçiriləcək.

Festivalın açılış mərasimi iyulun 20-də Yan Sandanski İdman Mərkəzində təşkil olunacaq.

Xatırladaq ki, ötən gün digər idmançılarımız festivalda iştirak etmək üçün Şimali Makedoniyanın Skopye şəhərinə yola düşmüşdü.

 


SON XƏBƏRLƏR

18 Iyul 2025