• Bakı 23° C

    6.08 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Premyer Liqa: "Sumqayıt" mövsümə qələbə ilə start verib

İDMAN

17 Avqust 2025 | 22:24

Premyer Liqa: Sumqayıt mövsümə qələbə ilə start verib

Misli Premyer Liqasının I turunda "Sumqayıt" "Kəpəz"lə üz-üzə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:0 hesablı qələbəsi bitib.

"Gənclik şəhəri" təmsilçisinin heyətində Rüstəm Əhmədzadə (14), Aleksandr Ramalinqom (26), Aleksa Yankoviç (36) qolları vurublar.

Qeyd edək ki, daha əvvəlki matçlarda “Turan-Tovuz” “İmişli”ni bir cavabsız qolla üstələyib. "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Eyni hesab "Neftçi" - "Şamaxı" qarşılaşmasında da qeydə alınıb.


SON XƏBƏRLƏR

17 Avqust 2025