Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov qarşıdan gələn “UFC Fight Night: Hill vs Rountree Jr.” turniri ilə bağlı fikirlərini bölüşüb və azarkeşləri azərbaycanlı döyüşçüləri dəstəkləməyə səsləyib.
Bakıvaxtı.az Bakı Şəhər Halqasına istinadən xəbər verir ki, o, döyüşlərin maraqlı məcrada keçəcəyinə inandığını söyləyib:
“Hamını 21 iyun tarixində Baku Kristal Zalına gəlməyə və azərbaycanlı döyüşçülərimizi dəstəkləməyə dəvət edirəm. Özüm də Bakıda keçiriləcək UFC turnirində olacam. Bu vacib anda döyüşçülərimizin yanında olmalı, onlara dəstək göstərməliyik. Kristal Zalda Azərbaycan azarkeşlərini görmək bizə xoş olardı. Avrokubok oyunlarında “Qarabağ”ın matçları zamanı stadionu 30-35 min azarkeş doldurur. Hər kəsi Bakıda keçiriləcək UFC turnirinə dəvət edirik”.