• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Azərbaycan cüdoçusu "bürünc" uğrunda yarışacaq

İDMAN

19 Iyun 2025 | 18:21

Azərbaycan cüdoçusu bürünc uğrunda yarışacaq

Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

Bakıvaxtı.az xəbər verir ki, o, 1/4 finalda gürcüstanlı Quram Tuşişviliyə məğlub olub.

Kokauri bürünc medal uğrunda çexiyalı Lukaş Krpaleklə yarışacaq.

Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Milli komanda həmçinin, qarışıq komanda yarışında mübarizə aparacaq.

Daha əvvəl cüdoçularımızdan Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.


SON XƏBƏRLƏR