• Bakı 24° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

"Mançester Yunayted"dən 30 milyonluq TƏKLİF

İDMAN

19 Iyul 2025 | 17:35

Mançester Yunayteddən 30 milyonluq TƏKLİF

"Mançester Yunayted" "Qalatasaray"ın 26 yaşlı braziliyalı yarımmüdafiəçisi Qabriel Sara üçün rəsmi təklifə hazırlaşır.

Bakıvaxtı.az  xəbər verir ki, Premyer Liqa təmsilçisi Saraya görə İstanbul klubuna 30 milyon avro ödəməyə hazırdır. Lakin "Qalatasaray" futbolçunun qiymətini ən azı 35 milyon avro olaraq müəyyən edib.

Qabriel Sara da İngiltərəyə qayıtmaq istəyindədir. Qeyd edək ki, o, "Qalatasaray"a 2024-cü ilin yayında "Norviç"dən transfer olunub. Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 45 oyunda iştirak edib, 2 qola və 10 məhsuldar ötürməyə imza atıb.

Futbolçunun İstanbul klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər davam edir.


SON XƏBƏRLƏR