• Bakı 20° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“Fənərbağça” 2 ulduzu birdən ALIR

İDMAN

19 Iyul 2025 | 17:10 | Müəllif: Subhan Mahmudov

“Fənərbağça” 2 ulduzu birdən ALIR

Yeni mövsümdə çempionluğu hədəfləyən "Fənərbağça" transferlərə davam edir.

Bakıvaxtı.az xəbər verir ki, "sarı-lacıvərdlilər" PSJ-nin 2 futbolçusunu birdən heyətinə qatmağa hazırlaşır. Bu oyunçular Milan Şkrinyar və Marko Asensiodur.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

"Fənərbağça" hər iki futbolçu ilə şəxsi məsələlərdə razılığa gəlib, PSJ ilə son danışıqlar gedir.

Şkrinyar İstanbul klubunda bonuslarla birlikdə 7.5 milyon avro qazanacaq. Asensionun məvacibi isə 11+1 milyon avro olacaq. O, bonusu "Fənərbağça" Türkiyə çempionu olacağı təqdirdə qazanacaq.

Türkiyə nəhənginin baş məşqçisi Joze Mourinyo özəlliklə slovakiyalı müdafiəçini yenidən komandasında görməyi çox istəyirdi. /Offsideplus.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026