• Bakı 24° C

    3.63 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Argentina klubunun futbolçuları 4 oyunluq diskvalifikasiya ediliblər

İDMAN

19 Iyun 2025 | 09:35

Argentina klubunun futbolçuları 4 oyunluq diskvalifikasiya ediliblər

Argentinanın "Boka Xuniors" klubunun futbolçuları Nikolas Fiqal və Ander Errera Klublararası Dünya Çempionatında "Benfika" (Portuqaliya) ilə oyundan sonra 4 oyunluq cəzalandırılıblar.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, A.Errera 20-ci dəqiqədə zədə səbəbindən əvəzlənsə də, birinci hissənin sonunda hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alıb.

N.Fiqal isə 88-ci dəqiqədə rəqibə qarşı kobud qayda pozuntusuna görə meydandan qovulub.

Argentina klubunun sanksiyalarla razılaşmadığı və qərardan apellyasiya şikayəti vermək niyyətində olduğu vurğulanır.

Qeyd edək ki, C qrupunda "Boka Xuniors"la "Benfika" arasında baş tutan qarşılaşma 2:2 hesabı ilə başa çatıb.


SON XƏBƏRLƏR