• Bakı 24° C

    3.63 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

"Sabah"ı hərtərəfli təhlik edəcəyik" - Albert Riera

İDMAN

19 Iyun 2025 | 11:34

Sabahı hərtərəfli təhlik edəcəyik - Albert Riera

Sloveniyanın "Sele" klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Azərbaycan təmsilçisi "Sabah"ı hərtərəfli təhlil edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Albert Riera klubun rəsmi saytına müsahibəsində deyib.

Mütəxəssis bu raundun püşkatması ilə bağlı fikirlərini bölüşüb:

"Unutmaq olmaz ki, hər komanda daxili çempionat və ya kubok vasitəsi ilə bu turnirə vəsiqə qazanır. Bu da onların ciddi rəqib və müəyyən keyfiyyətlərinin olması deməkdir. İlk rəqibimiz "Sabah" olacaq. Hələlik bu matçlara zamanınız var. Rəqibi hərtərəfli təhlil edəcəyik. Biz özümüzə inanırıq. Çünki ötən mövsüm keyfiyyətli rəqiblərə qarşı yaxşı mübarizə aparmışıq".

Qeyd edək ki, “Sabah” “Sele”yə qarşı ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.


SON XƏBƏRLƏR