• Bakı 24° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Ernan Krespo bu klubun baş məşqçisi oldu

İDMAN

19 Iyun 2025 | 10:14

Ernan Krespo bu klubun baş məşqçisi oldu

Argentina millisinin sabiq futbolçusu Ernan Krespo Braziliyanın A Seriyası təmsilçisi "San-Paulu" ilə anlaşıb.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı mütəxəssislə 2026-cı ilin dekabrına qədər müqavilə imzalanıb.

49 yaşlı məşqçi bu postda Luis Zubeldianı əvəzləyib.

Krespo ilə birlikdə onun köməkçiləri Xuan Branda və qapıçılar üzrə məşqçi Qustavo Nepote də Braziliya klubunda çalışacaq.

Qeyd edək ki, E.Krespo 2021-ci ildə də "San-Paulu"nu çalışdırıb. O, komandanı meydana çıxardığı 53 matçda 24 qələbəyə sevinib, 10 dəfə məğlub olub. Mütəxəssisin rəhbərliyi altında klub San-Paulu ştatının çempionluğunu qazanıb.


SON XƏBƏRLƏR

16 Iyul 2025