• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Leypsiq" Simonsu 75 milyon avroya "Barselona"ya sata bilər

İDMAN

20 Aprel 2025 | 16:54 | Müəllif: Subhan Mahmudov

"Leypsiq" Simonsu 75 milyon avroya "Barselona"ya sata bilər

Yarımmüdafiəçi Xavi Simons bu yay Almaniyanın "Leypsiq" futbol klubundan ayrılmağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin sözlərinə görə, niderlandlı futbolçu 2019-cu ilə qədər təmsil olunduğu "Barselona"ya qayıtmaq arzusundadır. Lakin Romanonun fikrincə, Simonsun Kataloniya klubuna keçidinin yayda baş tutacağı ehtimalı azdır.

21 yaşlı futbolçu ilə İngiltərə çempionatından klubların maraqlandığı vurğulanır.

"Leypsiq" futbolçunun mümkün transferindən təxminən 75 milyon avro qazanmaq istəyir.

Qeyd edək ki, bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 29 matçda iştirak edib, 10 qol vurub, 6 məhsuldar ötürmə edib. Simonsun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermark" futbolçunu 70 milyon avro dəyərində qiymətləndirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026