q
  • Bakı 15° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

"Liverpul" antirekorda imza atıb

İDMAN

20 May 2025 | 09:15

Liverpul antirekorda imza atıb

"Liverpul" İngiltərə Premyer Liqasında antirekorda imza atıb.

Bakıvaxtı.az “Opta Sport”a istinadən xəbər verir ki, bu, Mersisayd təmsilçisinin XXXVII turda "Brayton"a yenilməsi (2:3) sayəsində mümkün olub.

"Qırmızılar" qızıl mükafatı təmin etdikdən sonra çempionatda keçirdiyi üç matçın heç birində qalib gələ bilməyən ilk komandadır.

"Liverpul" daha əvvəl "Arsenal"la heç-heçə (2:2) edib, "Çelsi"yə isə məğlub (1:3) olub.

Qeyd edək ki, Arne Slotun baş məşqçisi olduğu kollektiv sonuncu turda "Kristal Pelas"ı qəbul edəcək.


SON XƏBƏRLƏR

30 Aprel 2026