• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Yamal Messinin bu yaşda olduğundan daha güclüdür"

İDMAN

19 Iyun 2025 | 00:45 | Müəllif: Subhan Mahmudov

"Yamal Messinin bu yaşda olduğundan daha güclüdür"

Fransa millisinin və "Barselona"nın sabiq futbolçusu Emmanuel Peti Kataloniya klubunun 17 yaşlı ulduzu Lamin Yamal barədə iddialı açıqlama verib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Goal” nəşri “Talksport”a istinadən xəbər yayıb. O, gənc vingerin bu yaşda Lionel Messidən daha güclü olduğunu deyib:

“Yamal planetin ən dəyərli oyunçusudur. O, insanların stadionlara getməsinin və televiziya qarşısında matç izləməsinin əsas səbəbidir. Topa toxunduğu hər an nəsə baş verir. Görmə qabiliyyəti, texnikası və oyun təsiri inanılmazdır, özü də cəmi 17 yaşında. Onu təsvir etməyə söz çatmır. Yamal Messinin bu yaşda olduğundan daha güclüdür.

Lamin böyük matçlarda fərq yaradır. 99 faiz hallarda ən yaxşı oyunçulardan gözlədiyimiz səviyyəni göstərir. Ümid edirəm ki, bu templə davam edəcək və Messi və ya Ronaldonun karyerasını təkrarlayacaq. Mətbuat və sosial media ilə davranışı da yaşına görə olduqca yetkin görünür”. 

Qeyd edək ki, Yamal başa çatan mövsümdə “Barselona” ilə bütün turnirlərdə 55 oyuna çıxaraq 18 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb./ Qol.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026