• Bakı 13° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Zelim Kotsoyev 1/4 finalda məğlub oldu

İDMAN

18 Iyun 2025 | 17:30

Zelim Kotsoyev 1/4 finalda məğlub oldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında bu gün Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, olimpiya çempionu Zelim Kotsoyev (100 kq) tatami üzərinə çıxıb.

    O, 1/16 finalda Cennaro Pirellini (İtaliya) ipponla məğlub edərək 1/8 final mərhələsinə adlayıb. Təmsilçimiz bu mərhələdə Marat Baykamurovu (Qazaxıstan) məğlub edib. Olimpiya çempionumuz 1/4 finalda Arman Adamyanla (İJF) üz-üzə gəlib. Rəqib qalib gəldiyindən Kotsoyev təsəlliverici görüşə qatılacaq. Onun rəqibi Nikolos Şerazadişvili (İspaniya) olacaq.

    Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

    Cüdoçularımızdan Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) bürünc medal qazanıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    06 Noyabr 2026