• Bakı 19° C

    4.93 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

Salah İngiltərədə 300-cü matçına çıxıb

İDMAN

20 May 2025 | 09:27

Salah İngiltərədə 300-cü matçına çıxıb

"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında 300-cü matçına çıxıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, XXXVII turda "Brayton"la matçda (2:3) reallaşıb.

Misirli hücumçu həmçinin Afrika qitəsinin belə yüksək göstəriciyə çatan dördüncü nümayəndəsi olub. İlk 3 pillədə qərarlaşan Kolo Ture (Fil Dişi Sahili, 353 matç), Vilfrid Zaha (Fil Dişi Sahili, 305 matç) və Cordan Ayyudur (Qana, 303 matç).

Qeyd edək ki, M.Salah 2017-ci ildən "Liverpul"un formasını geyinir. O, buna qədər İngiltərə çempionatında "Çelsi"də (2014-2016) çıxış edib.


SON XƏBƏRLƏR